info
Tərəvəzli Kuskus ilə Azərbaycan mətbəxinin unudulmuş təamı - Murqutuş. Bu dəfə də sadəcə yemək resepti deyil, yeni, şəkər qatqısız bir məhsulu sizinlə bölüşəcəm. @ bonduelle__az-ın təzə, təravətli qarğıdalı və yaşıl noxudu ilə hazırlayacağımız qarnir Murqutuşa xüsusi ləzzət qatacaq! Ərzaqlar: ~ Qarnir üçün: Kuskus 190 q Bonduelle təravətli qarğıdalı - 65 q Bonduelle təravətli yaşıl noxud - 60 q Kök 1 əd Şirin qırmızı bibər 1 əd Soğan 0.5 əd Bitki yağı 1 x.q. Qaynar su 500 ml (və ya toyuq bulyonu) Duz İstiot Murqutuş üçün: Toyuq 1 əd Soğan 1 əd Cəfəri 2 dəstə Qoz 100 q Abqora və ya limonun suyu 1 x.q. Kərə yağı 150 q Duz İstiot Hazırlanma qaydası: ~~~ Qarnir: Birinci tavada yağı qızdırırıq, sonra xırda doğranılmış soğan, kök və bibəri əlavə edib qızarana kimi qovururuq. Sonra Bonduelle-in təravətli qarğıdalı və noxudunu əlavə edib 1 dəqiqə qızardırıq, sonra kuskus, qaynar su (və ya bulyon), duz və istot əlavə edirik, qapağını örtüb 6-9 dəqiqə bişiririk. Yeməklərin yanında qarnir sevirsinizsə, təravətli yaşıl noxud və qarğıdalı ikilisini sınamadan keçməyin. Xüsusilə, Bonduelle brendinin bu məhsullarını istifadə etsəniz, əminəm ki, axtardığınız o dadı mütləq tapacaqsınız. Murqutuş: İlk öncə toyuğu doğrayıb suda qaynadırıq. Soğanı xırda doğrayıb tavada yağda qızılı rəng alana qədər bişiririk. Cəfərini çox xırda doğrayıb qovrulmuş soğana əlavə edib qovururuq. Üzərinə bişirdiyimiz toyuq tikələrini, duz və istiot əlavə edib 4-5 dəqiqə daha bişiririk. Daha sonra xırda doğranmış qoz ləpəsi, limon suyu (və ya abqora) və bişirib süzdüyünüz toyuğun bulyonundan 1.5 stəkan əlavə edib 15 dəqiqə vam odda bişiririk. Süfrəyə kuskusla veririk. Nuş olsun! #bonduelle #kuskus #couscous #cooking #recipe #tasty
Duration: 58 sPosted : Mon, 08 Apr 2024 09:53:23Views
336.3KDaily-
Likes
11.3KDaily-
Comments
118Daily-
Shares
282Daily-
ER
3.48%Daily-
Latest