Heç vaxt olmayan biri üçün darıxmaq mümkündürmü? Atasız böyümüşəm. Əsas məşğuliyyət fəaliyyətim təhsil və özünü inkişaf olub. Buna görə də anama sonsuz təşəkkürümü bildirirəm. Eyni zamanda böyüdükdən sonra başa düşdüm ki, bir çox sadə məsələləri bilmirəm. Lampa dəyişməyi, balıq tutmağı, maşın sürməyi... Bu gün sürücü tutacaq səviyyəyə gəlsəm də, istədiyim mebeli ala bilsəm də, hər belə anda o boşluğu hiss edirəm. Düzdür, bunların terapiyasını keçmişəm. Hər şeyi aşmışam. İndi sadəcə bir fakt kimi xatırlayıram, ürəyim artıq sancı vermir gənclik illərindən fərqli olaraq. Amma bunlarda ilişib qalan uşaqları və kişiləri düşünürəm. Nə qədər həyat və tale məhv olur atasızlığa görə. Kütləvi hal alan boşanmanın fəsadlarını yaxın 10-15 ildə görəcəyik. Oğlan uşaqlarına ata lazımdır... Hörmətlə, psixoloq Nizami Orucov. #psixoloq #nizamiorucov #atasız #kişi #oğlan #oğul