Milyonlarla müsəlmanın aclıq və nəfslə imtahan olunduğu müqəddəs Ramazan ayındayıq. Bəs bu ayın fəziləti və oruc tutmağın insan üçün faydaları nələrdir? Türkiyə mediası xəbər verir ki, insan bədəni oruc tutulduğunu son yeməkdən 8 saat sonra “anlayır”. Bağırsaqlar mədədəki bütün qidaları həzm etdikdən sonra, enerji ehtiyacını qarşılamaq üçün qaraciyər və əzələlərdəki qlükoza, onun ardınca isə yağlara yönəlir. Yağların əriməsi də xolesterin səviyyəsinin normallaşmasına, artıq çəkinin və şəkərli diabet riskinin azalmasına səbəb olur. Qeyd etmək lazımdır ki, imsak və iftar vaxtları arasında maye qəbulu da olmadığı üçün bədəndə tərləmə artır, maye itkisi çoxalır. Buna görə də, ilk 1 həftədə iftardan sonra və imsak vaxtı karbonhidratların və bəzi yağların lazımi miqdarda qəbulu vacibdir. Protein, duz və su kimi vacib qidalar da mütləq qəbul edilməlidir. Növbəti 1 həftədə bədən, artıq oruc tutmağa tam uyğunlaşır. 16-30-cu günlər aralığında isə yoğun bağırsaq, böyrək və dəri zəhərli toksinlərdən xilas olur. Bu aralıqda orqanlar maksimum fəaliyyətini bərpa edir. Yaddaş və konsetrasiya güclənir, enerji artır. #ramazan #oruc #iftar #sahur